Rusiyada gürcülər və azərbaycanlılar 3 milyonluq oğurluq edib - Rusiya bu cinayəti danışır

  • By admin
  • 07 İyun 2016 13:52

Russia Police

 

Rusiyada azərbaycanlılar  valyutadəyişməsindən çıxan cütlüyü soyublar 

 

 Rusiyanın Sankt Peterburq şəhərində azərbaycanlılar silahlı insidentdə iştirak ediblər. Gununsesi.info-nun məlumatına görə insident Peterburqun ətrafında qeydə alınıb.  Üç silahlı şəxs cütlüyün içərisində 3,1 milyon rubl olan çantasını almaq üçün atışma edib. Şimal paytaxtının hüquq mühafizə orqanlarından verilən məlumata görə, hücum bir neçə gün öncə baş versə də, mətbuat bu gün xəbər tutub. Artıq hücumu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.

“Polisə müraciət edən kişi  şəhərin Moskovski rayonunda valyutadəyişmə məntəqəsində 3,1 milyon rubl aldığını deyib. Bundan sonra o həyat yoldaşı ilə maşına oturaraq yoluna davam edərək evinə gedib. Evinin yaxınlığında 3 naməlum şəxs onlara hücum edib. Onlar qara geyimdə olublar. Naməlum şəxslər pul çantası olan kişiyə tərəf 3 dəfə atəş açıblar. Daha sonra çantanı alaraq qaçıblar”.

 

Lakin soyğunçular uzağa gedə bilməyiblər. İsti izlərlə yaxalanan qarətçilərin Azərbaycan və Gürcüstan vətəndaşları olduğu bəlli olub. Adı açıqlanmayan şəxlsərin heç birinin qeydiyyatı olmayıb. Onların adı açıqlanmasa da, daha öncə birinin dələduzluq üstə məhkum olduğu bildiirlir.

 

(ANS PRESS)