Rusiyada həkim qıtlığı var

Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Tatyana Semenova ölkədə həkim çatışmazlığından danışıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, orta səviyyəli tibb işçilərinin çatışmazlığı 63 min nəfərdir.

Semenova əlavə edib ki, eyni zamanda, Rusiya səhiyyə sistemində 29 min həkim yoxdur.

O, bildirib ki, fitnes mərkəzlərində və spa mərkəzlərində tibb bacılarına tələbat var:

“Buna görə də dövlət xəstəxanalarında onların çatışmazlığı var”-deyə o, əlavə edib.

Səhiyyə Nazirliyi mütəxəssislərin səhiyyə sistemində qalmağa həvəsləndirilməsinin vacibliyini qeyd edib.

 

 

Gununsesi.info