Rusiyada HƏMAS-la kritik görüş – Girovlarla bağlı şərtlər AÇIQLANDI

Rusiya rəsmiləri və İran xarici işlər nazirinin müavini Əli Baqiri Moskvada HƏMAS heyəti ilə görüşüb. HƏMAS israilli girovların azad edilməsi ilə bağlı şərtlərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və İran xarici işlər nazirinin müavini Əli Baqiri Rusiyanın paytaxtı Moskvada Fələstinin müqavimət qruplaşması Həmas-ın siyasi heyəti ilə görüşüb.

Rusiyanın rəsmi dəvəti ilə Moskvaya səfər edən xarici işlər nazirinin müavini Baqiri, HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzukun da daxil olduğu nümayəndə heyəti ilə görüşüb. Görüşdə Fələstindəki son hadisələr və İsrailin intensiv hücumlarının davam etdiyi Qəzza zolağındakı vəziyyət müzakirə edilib.

Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Moskvada təmasda olub.

Rusiyanın “Kommersant” qəzetinin xəbərinə görə, Rusiyaya səfər edən HƏMAS-ın nümayəndə heyəti İsraillə atəşkəs əldə olunmayana qədər girovları azad etməyəcəklərini açıqlayıb.

Məlumata görə, HƏMAS rəsmiləri girovların azad edilməsindən əvvəl İsrailin hücumlarına son qoyulmasını tələb edib.

Gununsesi.info