Rusiyada həftəlik inflyasiya 24 ilin rekord həddini keçdi

  • By admin
  • 10 Mart 2022 11:01

Rusiyada fevralın 26-dan martın 4-dək inflyasiya 2,22 faizə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Fevralın 19-dan fevralın 25-dək bu göstərici 0,45%, fevralın 12-dən 18-dək – 0,24%, fevralın 5-dən fevralın 11-dək – 0,13%, yanvarın 29-dan fevralın 4-dək – 0,19% təşkil edib.

Rusiyanın Ukraynaya hücumu fonunda tətbiq edilən sanksiyalar və rublun zəifləməsi nəticəsində yaranan sürətli qiymət artımı 1998-ci ilin dekabrından bəri 1 həftənin ən yüksək göstəricisi olub – o zaman bu rəqəm 11,6% təşkil edirdi.

Martın əvvəlindən Rusiyada qiymətlər 1,26%, ilin əvvəlindən isə 3,46% artıb. 2022-ci ilin mart ayının 4 günü üçün orta gündəlik qiymət artımı 2021-ci ilin 9 gününün orta hesabla 0,026 faizi ilə müqayisədə 0,314% təşkil edib.

Rusiyada 4 mart tarixinə illik inflyasiya 2016-cı ilin yanvarından bəri ilk dəfə 10 faizi keçərək fevralın sonundakı 9,15 faizə qarşı 10,4 faizə, yanvarın sonunda 8,73 faizə, dekabrın sonunda isə 8,39 faizə çatıb.

Xarici turizm də ruslar üçün bahalaşıb (məsələn, həftə ərzində Türkiyəyə səfərlər 28,7% artıb). Eləcə də avtomobil, məişət texnikası və elektronika alışında da ciddi artım var. Dərmanlar da xeyli bahalaşıb.

Gununsesi.info