Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər və yaralananlar var

  • By admin
  • 24 İyun 2022 09:12

Rusiyanın Ryazan şəhəri yaxınlığında İL-76 təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Təyyarə qəzası nəticəsində dağıntı yoxdur. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Əməliyyat xidmətlərinin işi yerində təşkil olunub. Ümumilikdə sahədə 8 texnika və 19 nəfər çalışır”, – məlumatda deyilir.

Son məlumata görə, təyyarə qəzası nəticəsində 4 nəfər ölüb, daha 7 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info