Rusiyada həyəcan siqnalı - NAZİRLİK BİNASI TƏXLİYYƏ EDİLDİ

  • By admin
  • 23 Noyabr 2017 19:20

Moskvada anonim xəbərdarlıqdan sonra Əmək Nazirliyinin binası təxliyə olunub.

Gununsesi.info xəbər verir ki, paytaxt Fövqəladə Xidməti təxliyəni bu dəfə anonim zəngə əsasən aparmayıb. Belə ki, Xidmətin verdiyi məlumata görə, nazirlik binasına bomba qoyulması barədə elektron məktub qəbul edilib.

Qeyd olunur ki, bütün əməkdaşlar binadan çıxarıldıqdan sonra axtarışlar aparılıb.

Təfərrüatlar barədə məlumat verilməyib.

Gununsesi.info