Rusiyada hakimiyyət kimə məxsusdur?

Rusiya ictimai maraqları olan kommunal ölkədir. Onun indiki sistemi hələ sovetlərdən öncə mövcud idi.

 

Rusiyada hətta qısa müddət yaşayan da dəqiq bilir ki, bu ölkənin İcmalarda ictimai maraqların üstün tutulması ilə formatlanmış bir həyatı var.

 

İnsanlar ən kiçik məişət səviyyəli işlərdə belə bu sistemi poza bilməz. Məsələn, Rusiyada heç kimin hər hansı növbə sıralamasını poza bilməyəcəyini və bunu edərsə ona cinayətkar müamiləsi yapılacağını dəqiq bilir.

Maraqlıdır ki, rus və dünya ədəbiyyatının görkəmli isimləri, Tolstoy, Karamzin, Dostoyevskinin əsərlərində bu epizodlar çox detallı və dəqiqliklə ifadə olunub.

*

… Bu ölkədə əsrlər boyu oturuşmuş üç din insanlara ictimai maraqları, fərdi maraqlardan üstün tutmağı təbliğ edib.

Başqa sözlə Rusiya bütün dönəmlərdə icmaların ictimailəşmiş təfəkkür tərzi ilə idarə olunub. O baxımdan, Qərbin fərdi şüur, fərdiyyət öncəliyinə söykənən həyat tərzi, idarəetmə üsulu, bu ölkədə və siyasi sistemdə hər zaman QƏRİBDİR.

Odur ki, Rusiya hər zaman bu qəribçliyə və qərbə qarşı sərt müqaviməti göstərməyi lazım bilməyib.

*
Odur ki, Ukrayna ilə müharibə başlayanda, bir çoxları Rusiyanın qısa müddətdə çökəcəyini proqnozlaşdırır. Ancaq Bakı TV- nin ” Düz kəsir” verilişlərində, bu barədə xeyli danışmışıq. Bəzən, siyasilər və ictimai personajlar belə bu reallıqları düzgün qiymətləndirə bilmir.

Beçə mövqeləri V.Putinə və ya Rusiyaya siyasi heyranlıq kimi dəyərləndirirlər. Halbuki, Rusiyada liderlər sistemi qurmur. Mövcud sistem özü lideri yaradır və idarə edir.

Yuxarıda qeyd etdiyim sosioloji düzünə görə davranırlar yəni. Məsələn, həbsxanada dünyasını dəyişdiyi bildirilən QƏR(İ)B düşüncəli Navalnını sistem məhz keyfiyyətlərindən yana qəbul etmədi.

Rusiyada hakimiyyət ictimai tabu və qaydalara söykənmiş İcmalara, başqa sözlə xalqın əksəriyyətinə məxsusdur. Ölkənin vətəndaş tipi imperiya keyfiyyətlidir.

İndi sual olunur, bu doğru yanaşma və qaydadırmı, mövcud sistem dəyişə bilərmi? Əsrlərdir oturuşmuş sistemlərin ciddi şəkildə laxladılması belə böyük zaman alır.

O da açıq və davamlı mübarizə aparılarsa. Hələ ki, Rusiya ilə açıq savaşan ancaq Ukraynadır.

Odur ki, yaxın yüz ildə ciddi cəhd edilsə, ancaq o halda cüzi laxlama hiss oluna bilər.

Ancaq bir sual var, Ukrayna arxası boşalanda, özü, təkbaşına müqavimətə nə qədər davamlı olacaq?

 

 

 

Psixologiya üzrə fəlsəfə doktoru

Gülər Əhmədova