Rusiyada helikopter qəzaya uğradı, içindəki heyət həlak oldu

  • By admin
  • 12 Dekabr 2019 11:30
Rusiyanın Mi-28 hücum helikopteri Krasnodar diyarında qəzaya uğrayıb, iki nəfərdən ibarət heyət həlak olub.

Gununsesi.org xəbər verir ki, bu haqda RİA Novosti-yə güc strukturlarındakı mənbədən məlumat verilib. Mənbənin sözlərinə görə, helikopterin qəza yeri tapılıb, helikopter yararsız hala düşüb.

Müdafiə Nazirliyi helikopterin qəzaya uğraması faktını təsdiqləyib. Hadisə Korenovsk aerodromu yaxınlığında, Moskva vaxtı ilə 23.00-da, gecə çətin hava şəraitində planlaşdırılan təlim uçuşu zamanı baş verib. Uçuş silah-sursatsız həyata keçirildiyinə görə yerdə dağıntı olmayıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə komissiya göndərilib.
RİA Novosti-dəki mənbəyə görə, qəzanın əsas versiyası pilot səhvi və texniki nasazlıqdır.