Rusiyada helikopter qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

  • By admin
  • 11 Aprel 2018 08:30

Rusiyanın Xabarovsk şəhərində helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS”a Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyatda istintaq idarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Helikopter küçələrin birinə düşüb, ölənlər var”.

Agentliyin təcili xidmətlərdəki mənbəyə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 6 nəfər həlak olub.

Gununsesi.info