Rusiyada helikopter qəzası: ölən və yaralananlar var

  • By admin
  • 08 Noyabr 2022 20:22

Rusiyanın Kostroma vilayətində “Mi-2” helikopteri qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Vilayət administrasiyasından bildirib ki, qəza nəticəsində Şarya şəhərindən təcili tibbi yardım maşını ilə gətirilən 67 yaşlı xəstə Mixail Kozlov həlak olub.

Ona işemiya və ümumi koronar çatışmazlıq diaqnozu qoyulub.

Hadisə nəticəsində pilot Dmitri Vişnevetski və iki tibb işçisi Aleksandr Polyuxov və Aleksey Yakovlev yaralanıb.

Gununsesi.info