Rusiyada içində 72 sərnişinin olduğu təyyarə təcili eniş edib

  • By admin
  • 10 Sentyabr 2017 11:23

125cb14b0c7096bda17b16e49682ed7f
Rusiyanın Saratov şəhərində göyərtəsində 72 sərnişinin olduğu An-148 təyyarəsi qəza tənzimləyicisinin işə düşməsi ilə əlaqədar təcili eniş edib.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” regionun fövqəladə xidmətlərindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Kirovdan Simferopola uçan təyyarənin tənzimləyicisi mühərrikin işləmədiyini göstərib.

Mənbənin sözlərinə görə, sərnişinlər nəzərdə tutulmuş məntəqəyə başqa reyslə çatdırılacaqlar.

Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info