Rusiyada ictimai təhlükə yaradan əcnəbilər ölkədən qovulacaq

İctimai təhlükəsizliyə təhlükə yaradan əcnəbilər hüquqi statusları ləğv edilməklə Rusiya Federasiyasından qovulacaq.

Gununsesi.info-nun Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın daxil işlər naziri Vladimir Kolokoltsev bildirib.

Onun sözlərinə görə, əcnəbilərin Rusiya vətəndaşlığına qəbulu zamanı, habelə müvəqqəti yaşamaq üçün icazələr verilərkən nəzarət gücləndirilməlidir. “İctimai təhlükəsizliyə təhlükə yaradan şəxslər ölkə ərazisindən qəti şəkildə çıxarılmalı, onların hüquqi statusları ləğv edilməlidir” deyə Kolokoltsev vurğulayıb.

Nazir qeyd edib ki, barmaq izi qeydiyyatından və fotoçəkilişdən yayınan şəxslərin müəyyən edilməsi üçün də əlavə tədbirlər görülməlidir.

 

Gununsesi.info