Barrett Hayton didn’t remove his helmet for the Russian anthem and Russia’s players were not pleased about it
Rusiya milli xokkey komandasının oyunçuları ənənəvi əlsıxma mərasimi zamanı Kanada klubunun kapitanı Barrett Heytonu görməzlikdən gəliblər. Buna dünya xokkey çempionatının qrup mərhələsi oyununda Rusiya himninin səsləndirilməsi zamanı onun dəbilqəsini çıxarmaqdan imtina etməsi səbəb olub.
Gununsesi.org xəbər verir ki, bu barədə TSN “Twitter” hesabında məlumat yayılıb.
Milli Hokkey Liqasının “San Xose Sharks” və “Los Angeles Kings” klublarının sabiq hücumçusu Devin Setoquçi, Heytonu Rusiya himninə hörmətsizlik etdiyinə görə tənqid edib.
“Kanada gənclər komandasının kapitanı Heyton xokkeydə gördüyüm ən biabırçı hərəkət etdi. İndi komandanın üzr istəməsi və ya onu tərkibdən çıxarması lazımdır”, – deyə Setoquçi “Twitter” hesabında yazıb.
Gununsesi.org