Rusiyada iki azərbaycanlının olduğu dəstə zərərsizləşdirildi – Foto

  • By admin
  • 10 Sentyabr 2017 18:23

02a159c3-7b89-4416-8bbe-086cd8d97cb6
Rusiyanın Zaporojye vilayətində cinayətkar dəstə zərərsizləşdirilib.

Report xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ağır cinayətlərin törədilməsində şübhəli bilinən qruplaşma üzvlərini saxlayıb.

Zaporojye vilayəti polisinin məlumatına görə, dəstə üzvləri ötən həftə Melitopol şəhərinin iki 23 yaşlı sakinini oğurlayıb. Onlar “Mersedes”lə “Tavriya” avtomobilinin qarşısını kəsərək nəqliyyat vasitəsindəki şəxsləri avtomobildən çıxarıblar və naməlum evə aparıblar. Cinayətkarlar oğurladıqları şəxsləri həmin evdə saxlayıblar. Lakin zərərçəkənlər qayışları, ipləri açmağa və pəncərə vasitəsilə qaçmağa nail olublar.

Hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilən dəstə üzvlərinin sayı beş nəfərdən ibarətdir. Zaporojye vilayətinin Milli Polisinin Baş İdarəsinin rəhbəri Oleq Zolotonoş bildirib ki, saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı, ikisi Melitopol və biri Donetsk vilayətinin sakinidir.

Saxlanılanların cinayət vaxtı istifadə etdikləri “Mersedes” əyani sübut kimi götürülüb. Habelə onların istifadə etdikləri silah, zirehli geyim və digər əşyalar da müsadirə edilib.

Saxlanılanların digər cinayətlərdə, o cümlədən adam oğurluğunda və s. əli olduğu bildirilir.

f810657d-cc94-4a96-87f0-344992e123df

7e96b569-5375-4e6c-a986-f40ac6729293

Gununsesi.info