Rusiyada “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Naziriyi yayıb.
Hadisənin İvanov vilayətində qeydə alındığı bildirilir. Təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 7 sərnişin olmaqla 15 nəfər olub.
İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yanğın baş verməsi olub.
“Baza” teleqram kanalı qəza zamanı göyərtədə olan 15 nəfərin hamısının həlak olduğunu bildirib.
Gununsesi.info