Rusiyada inqilab qaçılmazdır - Boris Akunin

Ukraynadakı müharibə yalnız hərbi təcavüzə başlayan ölkəni (Rusiya-red.) deyil, bütün dünyanı təhdid edir.

Gununsesi.info  xəbər verir ki, bunu Almaniya mətbuatına müsahibəsində məşhur yazıçı Boris Akunin bildirib.

“Bu İraqın Küveytə təcavüzü deyil. Biz nüvə silahına malik olan və ondan istifadə edəcəyini dəfələrlə bəyan edən təcavüzkar diktator rejimi ilə qarşı-qarşıyayıq. Nə qədər ki, Rusiyada bu rejim hakimiyyətdə olacaq, dünyaya dinclik yoxdur. Bizim vəzifəmiz bu rejimə son qoymaqdır”, – deyə Akunin bildirb.

Yazıçı hesab edir ki, Rusiyadakı mövcud rejimdən qurtulmağın yeganə yolu ölkə vətəndaşlarının edə biləcəyi inqilabdır:

“Lakin sadə ruslara qarşı sanksiyalar rejimin çöküşünü yaxınlaşdırmır, əksinə, yalnız Putinin mövqeyini gücləndirir. Ona görə də Qərb siyasətçiləri rejimin düşməni, eyni zamanda rus xalqının dostu olduqlarını daim xatırlatmalıdırlar. Qərb özünü ruslardan təcrid etməməli, onları Putindən təcrid etməlidir”.

Gununsesi.info