Rusiyada “iPhone” qadağası: “Amerika kəşfiyyatının casusluq əməliyyatı…”

  • By admin
  • 17 İyul 2023 12:04

Rusiyada hökumət işçilərinə “iPhone” markalı bütün “Apple” cihazlarının işlədilməsi qadağan edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ kəşfiyyat təşkilatının casusluq əməliyyatları narahatlığı səbəbi ilə bu qadağa gətirilib.

“Financial Times”da yazılan xəbərə görə, Rusiya Ticarət Nazirliyi iş məqsədli “iPhone” markalı bütün telefonların istifadəsini yasaqlayacaq.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında yaşanan savaşdan sonra Rusiyadakı “Apple” cihazlarının satışları dayandırılmışdı. Hətta “Apple Pay”a əlçatım da kəsilmişdi.

Bu qadağa Rusiya Federal Təhlükəsizlik Xidmətinin iyun ayında “Apple” cihazlarının “ABŞ kəşfiyyat təşkilatı” tərəfindən yürüdülən bir casusluq əməliyyatını ortaya çıxardığını iddia etməsinin ardından gətirilib.

 

Tərcümə: Arzu

Gununsesi.info