Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, onlar arasında həddi-buluğa çatmayan da var.
“Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb. Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir”, – məlumatda bildirilib.
Gununsesi.info