Rusiyada istehsal olunmuş ilk koronavirus peyvəndi nümayiş etdirildi

  • By admin
  • 11 Avqust 2020 17:44

Rusiyanın Səhiyyə Nazirliyi dünyada COVID-19 infeksiyasına qarşı ilk peyvəndin ampulasının necə göründüyünü nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Ampulaların iki müxtəlif rəngdə – qırmızı və göy başlıqları var. Onlardan birincisi ilk, digəri isə ikinci inyeksiya üçündür.

“İki mərhələli yeritmə sxemi uzunmüddətli immunitet yaratmağa imkan verir”, – deyə, qurumdan bildirilib.

Gununsesi.info