Rusiyada karantin qaydalarının pozulması zamanı törədilən qətl terrorçuluq hesab oluna bilər

  • By admin
  • 25 Mart 2020 13:35

Rusiyada yayılan koronavirusa qarşı karantin qaydalarının pozulması zamanı törədilən qətl terrorçuluq, xuliqanlıq və diversiya kimi qiymətləndirilə bilər.

Gununsesi.org bildirir ki, REN TV-nin məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasından bildirilib.

Müvafiq qanun layihəsi bu gün müzakirəyə çıxarılmalıdır.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 500-ə yaxındır.

Gununsesi.org