Rusiyada keçmiş mer həbs edildi

  • By admin
  • 12 Dekabr 2019

Rusiyanın Çelyabinsk əyalətinin keçmiş meri Yevgeni Teftelev iki ay müddətinə həbs edilib.

Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, sabiq mer külli miqdarda rüşvət almaqda ittiham olunub. Daha əvvəl dələduzluq faktında Teftelevə yaxınlığı ilə tanınan biznesmen və şəhər dumasının deputatı Sergey Seleşuk da şübhəli şəxs kimi dindirilib.
Qeyd edək ki, Yevgeni Tefletev Çelyabinskə 2014-2018-ci illərdə rəhbərlik edib.

 

Gununsesi.org