Rusiyada kimya müəssisəsində güclü yanğın: Ölən var - VİDEO

  • By admin
  • 29 İyun 2023 13:43

Rusiyanın Nijni Novqorod şəhərində “Balsam” şirkətində yanğın baş verib.

Hadisə nəticəsində bir nəfər həlak olub.

“İlkin məlumata görə, iyunun 29-da Moskva vaxtı ilə saat 9:50-də (Bakı vaxtı ilə 10:50 –  red.) “Balsam” şirkətinin ərazisində sistern alovlanıb, nəticədə bir nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilib.

Bir qədər sonra xəsarət alan şəxsin – yük maşınının sürücüsünün – həlak olduğu barədə məlumat verilib.

Regional Fövqəladə Hallar Nazirliyi Baş İdarəsindən verilən məlumata görə, yük maşını və bir neçə qaraj yanır. Yanğının söndürülməsinə 51 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub. Yanğın 800 kv.m sahədə lokallaşdırılıb.

Şirkətin saytında müəssisənin kimyəvi məhsulların istehsalı ilə məşğul olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info