Rusiyada komaya düşən qazimiz vəfat etdi

Bir müddət əvvəl Rusiyada komaya düşən və orada müalicə alan Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənov bu gün səhər saatlarında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Axar.az-a onun qardaşı Məhərrəm Həsənov məlumat verib.

HTML tutorial

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı.

Allah rəhmət eləsin!

Gununsesi.info