Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda beş nəfərin iştirak etdiyi məlum olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
“Krokusda güllələnməni həyata keçirən qrupun tərkibində azı 5 silahlı adam var idi”, – teleqram kanala mənbə bildirib.
Xatırladaq ki, Rusiyada baş vermiş silahlı hücumda azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Gununsesi.info