Rusiyada koronavirus xəstəsilə ünsiyyətdə olanlar karantinə alınmayacaq

  • By admin
  • 05 Fevral 2022 17:57

Rusiyada koronavirus xəstələri ilə ünsiyyətdə olmuş şəxslər üçün karantin ləğv edilir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi qərar qəbul edib.

 

Yeni qərara əsasən, koronavirus xəstəsi ilə ünsiyyətdə olmuş şəxs yeddi günlük özünütəcrid rejimində saxlanılmayacaq. Artıq karantin tələbi aradan qaldırılır.

 

Qərar fevralın 6-dan qüvvəyə minəcək.

 

Gununsesi.info