Rusiyada koronavirusdan ölənlərin sayı 5 mini keçib

  • By arzu
  • 02 İyun 2020 19:44

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.

Gununsesi.org xəbər verir ki, ölkədə son sutka ərzində 8 863 nəfər virusa yoluxub, 182 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 423 741 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 037 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 186 985 nəfər virusdan sağalıb, 231 719 nəfərin müalicəsi isə davam edir.

Gununsesi.org