Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötdü

  • By admin
  • 15 İyun 2020 16:41

Rusiyada son sutka ərzində daha 8 246 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.org-un verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 537 210 nəfərə çatıb. Son sutka ərzində 143 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 091 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 284 539 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Gununsesi.org