Rusiyada koronavirusdan ölən tibb işçilərinin sayı açıqlandı

  • By admin
  • 18 İyun 2020 13:47

Rusiyada təxminən 500 tibb işçisi koronavirusa görə həyatını itirib.

Gununsesi.org bildirir ki, RT bununla bağlı ölkənin Səhiyyə Nəzarəti Federal Xidmətinin başçısı Alla Samoylovanın açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, epidemiya hələ bitməyib:

“Təəssüf ki, Rusiyada real olaraq yarım milyon insan koronavirusa yoluxub. 7,5 min insan ölüb, onların 489 nəfəri tibb işçisidir. Çox təəssüf ki, təxminən 500 həmkarımızı itirmişik”.

Gununsesi.org