Rusiyada koronavirusdan ölənlərin sayı 13 963-ə çatıb

  • By admin
  • 31 İyul 2020 16:03

Rusiyada son bir gündə daha 5 482 nəfərə COVID-19 diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 839 981 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 161 nəfər artaraq 13 963-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 638 410 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 260 nəfər.

 

Gununsesi.info