Rusiyada leysan nəticəsində 200-dən çox evi su basıb

  • By ilhame
  • 04 Avqust 2024 15:53

Rusiyanın Çelyabinsk vilayətində su basmış fərdi yaşayış binalarının sayı 219-a yüksəlib. 329 fərdi yaşayış sahəsi də su altında qalıb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

 

İdarədən verilən məlumata görə, hazırda üç müvəqqəti yerləşdirmə mərkəzində doqquzu uşaq olmaqla 26 nəfər qalır.

 

Qeyd edək ki, avqustun 1-dən etibarən Çelyabinsk vilayətində yağıntının həcmi normadan 2-3 dəfə çox olub. Bəzi su anbarları dolub və daşmağa başlayıb.

Gununsesi.info