Rusiyada mədəndə baş verən qəza nəticəsində 17 nəfər itkin düşüb

  • By admin
  • 04 Avqust 2017 17:24

007

Rusiyanın tərkibindəki Saxa Respublikasında (Yakutiyada) “Alrosa” şirkətinə məxus almaz mədənini su basıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Təcili Vəziyyətlər Nazirliyi məlumat yayıb.

Belə ki, hadisə yerinə polis əməkdaşları, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.

Artıq xilasedicilər mədəndə çalışan 151 işçidən, 134-nü xilas ediblər. Yerdə qalan 17 nəfər isə itkin düşüb.

Qeyd edək ki, hazırda almaz mədənində itkin düşənlərin axtarışı və xilas olunması tədbirləri davam etdirilir.

Anar
Gununsesi.info