Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

  • By admin
  • 19 Yanvar 2018 10:26


RF Buryatiya Respublikasının Ulan-Ude şəhərinin Sosnovı Bor qəsəbəsindəki məktəblərdən birinə hücum zamanı xəsarət alanların sayı artıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında yeniyetmənin balta ilə müəllim və şagirdlərə hücum etməsi nəticəsində 7 nəfər yaralanıb.

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır, bəzilərinin zədəsi isə yüngüldür.

Gununsesi.info