Rusiyada məktəb və bağçalar bağlandı - SƏBƏB

  • By admin
  • 24 Mart 2018 19:30

Rusiyada qrip virusunun yayılması səbəbindən 93 məktəb və 84 bağça bütünlüklə bağlanıb.

Gununsesi.info xəbər verir ki, “Rospotrebnadzor”un tələbi ilə məktəblərdə 1064 sinif və bağçalarda 489 qrup epidemiya səbəbilə fəaliyyətini dayandırıb.

Məlumatda həmçinin deyilir ki, hazırda bağlanan tədris və tərbiyə müəssisələrində profilaktik tədbirlər aparılır.

Gununsesi.info