Rusiyanın Maqadan vilayətində göyərtəsində 20 sərnişinin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun məlumatında deyilir.
İlkin məlumata görə, uçuş qızıl mədəni işçilərinin daşınması üçün həyata keçirilib. Təyyarədə 3-ü ekipaj üzvü olmaqla 20 nəfər olub.
İlkin məlumata görə, hadisəyə səbəb mühərrikin nasazlığı olub.
Axtarış-xilasetmə işlərinə Maqadan hava limanından 2 helikopter və yerüstü texnika cəlb olunub.ava nəqliyyatının istismarı qaydalarını pozma)”.
Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat vermişdi ki, Maqadan vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Gununsesi.info