Rusiyada mikroavtobus yük maşını ilə toqquşub, beş nəfər ölüb

  • By admin
  • 24 Noyabr 2019 10:24

Rusiyada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb, üç nəfər xəsarət alıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Orenburq vilayətinin Çistıy kəndinin yaxınlığında baş verib.

Belə ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində biri uşaq olmaqla beş nəfər ölüb. Xəsarət alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, mikroavtobusda Özbəkistan və Tacikistan vətəndaşları olub. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org