
Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanına təcili eniş edib.
Gununsesi.info RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva – Punta-Kana (Dominikan Respublikası) marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan bir qədər sonra geri dönməli olub.
Təcili enişə səbəb quşun təyyarənin mühərriklərindən birinə toxunması olub. İnsident nəticəsində zərərçəkən olmayıb.
Gununsesi.info