Sankt-Peterburqda Rusiyanın “Novatek” enerji şirkətinin neft emalı zavodunda partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, Estoniya sərhədindəki Ust-Luqa limanında yerləşən neft emalı zavodunda partlayışdan sonra yanğın baş verib. Yanğının nəzarət altına alındığı, xəsarət alan olmadığı açıqlanıb.
Rusiya yerli mediası yanğının səbəbinin hələlik məlum olmadığını, lakin neft emalı zavodunun ətrafında PUA-ların göründüyünü yazıb.
Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hadisədən sonra həyəcan siqanlı verilib. Drozdenko bildirib ki, ərazidəki insanlar təxliyə edilib.
Yanğının baş verdiyi ərazidə 3 beynəlxalq tankerin olduğu və bu tankerlərin yanğından zərər çəkmədiyi bildirilib.
Gununsesi.info