Rusiyada neft çənləri yanır

  • By admin
  • 30 Noyabr 2022 09:36

Rusiyanın Bryansk vilayətində içərisində neft məhsulları olan çənlərdə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Aleksandr Boqomaz öz teleqram kanalında açıqlayıb.

Məlumata görə, yanğın 1,8 kvadrat metr ərazini əhatə edir.

Hələ ki xəsarət alanlarla bağlı məlumat verilməyib.

Yanğının söndürülməsi üçün 80-dən çox canlı qüvvə və 30 texnika cəlb olunub.

Gununsesi.info