Rusiyada neft emalı zavoduna PUA hücumu olub

Rusiyanın Ryazan şəhərində neft emalı zavoduna pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı bölgənin qubernatoru Pavel Malkov öz teelqram kanalında yayıb.

Hadisə nəticəsində zavodda yanğın baş verib. İlkin məlumata görə, hücum zamanı 2 nəfər yaralanıb.

 

Gununsesi.info