
Bu ilin avqustun 7-də Yekaterinburq şəhər Dumasının sədri İqor Volodin Azərbaycana qarşı separatçı mövqedə olan qurama Talış-Muğan Muxtar Respublikasının 30 illik yubileyində iştirak edib, onları dəstəklədiyini bildirib.
Gununsesi.info rus mediasına istinadən bildirir ki, bu münasibətlə onları təbrik edib, hətta hədiyyələr təqdim edib.
Maraqlıdır ki, Azərbaycanın məsələ ilə bağlı əlaqəli olan qurumları hadisənin üstündən 21 gün keçdikdən sonra xəbər tutaraq Rusiya XİN-ə etiraz məktubu göndərib.
Diqqət edin, hadisə avqustun 7-də baş verir. Avqustun 28-də Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə, Azərbaycan səfiri Polad Bülbül oğlu Yevgeni Kuyvaşevə, Yekaterinburqdakı Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinskiyə etiraz notası, Yekaterinburqun inzibati orqanlarına müraciətlər göndərir.
Rusiya media qurumlarında gedən məlumata görə, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburq şəhər Dumasının sədri İqor Volodinin hərəkətlərinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlundan rəsmən üzr istəyib.
Nəticə olaraq, qubernatorun Azərbaycan tərəfindən üzr istəməsi məqbul sayıla bilər. Ancaq internet, informasiya dövründə hadisələrə ləng reaksiyamız doğru hesab edilə bilməz və bu lənglik uduzmağımıza aparan ciddi faktordur.
İnanmaq istəyirik ki, bundan sonra əlaqədar qurumlar Azərbaycanla bağlı baş verən olaylara gecikmiş cavab verməyəcək.
Necə deyərlər, Atalar misalında deyildiyi kimi, arxadan atılan daş olsa-olsa topuğa dəyə bilir.
Mais