
Rusiyada son bir gündə 20 498 nəfərə koronavirus diaqnozu qoyulub.
Gununsesi.info xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 774 334 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 286 nəfər artaraq 30 537-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb.
Gununsesi.info