Rusiyada pandemiya ilə bağlı son vəziyyət

  • By admin
  • 08 Noyabr 2020 12:10

Rusiyada son bir gündə 20 498 nəfərə koronavirus diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 774 334 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 286 nəfər artaraq 30 537-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb.

 

 

Gununsesi.info