Rusiyada panika başlayıb

  • By admin
  • 22 Mart 2023 09:27
Böyük Britaniyanın Ukraynaya, tərkibində tükənmiş uran olan mərmilərin tədarükü səbəbindən Rusiyada panika başlayıb.
Böyük Britaniyanın müdafiə nazirliyi Ukraynaya Challenger 2 tanklarla yanaşı tərkibində tükənmiş uran olan 120 mm-lik L27A1 (CHARM 3) mərmiləri vermək niyyətində olduğunu bəyan edib.
Tükənmiş uranın özü radioaktiv maddə deyil, radioaktivlik dərəcəsi təbii şüalanmanın yarısı qədərdir. Tükənmiş uran son dərəcədə ağır metaldır(sıxlığı 19.1q/sm³, müqayisə üçün dəmirin sıxlığı 7.1q/sm³).
Tərkibində tükənmiş uran olan tank mərmiləri üçün başlıqların istifadə məqsədə uyğundur, ona görə ki, bu mərmilər İSTƏNİLƏN zirehi məhv edir(yuxarıda qeyd olunan səbəbdən, yüksək sıxlıq).
Mərminin gücü nədən ibarətdir?
L27A1 mərmisi düşmən tankına ilk toxunuş anında(təbii ki ilk toxunan tərkibində tükənmiş uran olan başlıqdır), başlıqla zirehin toxunuşundan uran hissəciklərilə pirofor toz(yanan toz) yaranır. Mərminin başlığı zirehi deşəndən sonra havada qalan uran hissəcikləri tanka daxil olur. Başa düşdüyünüz kimi, tank ekipajı və tankın özü üçün sağ qalmaq ehtimalı yoxdur.
Ehtimal var ki, həmin mərmilərlə məhv edilən tank sonra müəyyən səviyyədə radiasiya yaysın, amma ətraf mühit üçün bu təhlükəsiz olacaq. Radiasiya yayan tankları isə zərərsizləşdirmək də olur.
Pentaqon və NATO hesab edir ki, tükənmiş uran tərkibli mərmilər ətraf mühit üçün təhlükəsizdir.
Putin dünən bəyan etdi ki, Rusiya Qərbin Ukraynaya tərkibində tükənmiş uran olan mərmilərin tədarükünə kəskin reaskiya verəcək.
Təbii ki, Qərb bu bəyanata güləcək, mərmiləri və yaxın gələcəkdə daha güclü silahları tədarük etməyə davam edəcək.
Putin nə edə bilər ki?
Ritorik sualdır.
Kamran Cəfərov