Rusiyada partlayış: Ölən və yaralanan var

  • By admin
  • 09 Fevral 2023 09:36

Rusiyanın Novosibirsk şəhərində partlayış baş verib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, hadisə yaşayış evlərindən birində olub.

İlkin səbəb kimi qaz sızması göstərilir. Partlayış nəticəsində 2 nəfər həlak olub. Həmçinin 11 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi, daha 11 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info