
Moskvada T-34 döyüş tankı satışa çıxarılıb.
Gununsesi.org-un apa-ya istinadla verdiyi xəbərə görə, paytaxt sakini “Avito” saytında T-34-85 tankının satışı haqqında elan yerləşdirib.
Elanda tankın tam bərpa olunduğu və silahsızlaşdırıldığı vurğulanıb.
Tankın qiyməti elanda göstərilməyib.
Qeyd edək ki, Т-34-85 tankı 1944-cü ildə Sovet İttifaqı qoşunlarının silahlanmasına daxil olan əfsanəvi T-34 tankının modifikasiya olunmuş variantıdır.
Gununsesi.org