Rusiyada polis bölmələrinin birində qəribə hadisə baş verib.

  • By arzu
  • 15 Noyabr 2019

Rusiyada polis bölmələrinin birində qəribə hadisə baş verib.

Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan bir nəfər polis bölməsindəki radiatora qandallanıb.

Bir an nəzarətsiz qalan həmin şəxs radiatoru yerindən qoparıb. Daha sonra radiatorla birlikdən ikinci mərtəbədən avtomobilin üzərinə tullanıb.

Lakin, onun məsuliyyətdən qaçmaq arzusu reallaşmayıb. O, çox uzağa getmədən yenidən saxlanılıb və bölməyə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org