Rusiyada prezident seçkiləri təyin edildi - Vaxt AÇIQLANDI

Federasiya Şurası (Rusiya parlamentinin yuxarı palatası) Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, müvafiq qərar Federasiya Şurasının plenar iclasında qəbul edilib.

Rusiya mətbuatının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında çıxış edib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası qarşıdan gələn prezident seçkilərində üç günlük səsvermənin təşkili imkanlarına baxacaq.

“Mərkəzi Seçki Komissiyası üç gün müddətində prezident seçkilərində səsvermənin keçirilməsi ilə bağlı qərar layihəsinə baxacaq. Yeni Rusiyanın tarixində ilk dəfə olaraq belə zəhərli geosiyasi atmosferdə prezident seçkiləri keçiriləcək. Rusiya seçki sistemi prezident seçkilərinin düzgün keçirilməsi üçün təhlükəsizlik marjasına malikdir”, – deyə Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib.

Gununsesi.info