Rusiya prezident seçkilərində namizəd və hazırkı prezident Vladimir Putin protokolların 80 faizi hesablandıqdan sonra 87,15% səs toplayaraq liderlik edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası bildirib.
Məlumata əsasən, ikinci yerdə 4,22 faiz səs toplayan Rusiya ommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,04 faiz nəticə ilə Yeni Xalq Partiyasının nümayəndəsi Vladislav Davankov gəlir. Rusiya Liberal Demokrat Partiyasından (LDPR) namizəd Leonid Slutski 3,16% səslə dördüncü yerdədir.
Beləliklə, Putin seçkilərdə qalib olmasını təmin edir, və ikinci tur artıq keçirilməyəcək. Birinci turda qalib gəlmək üçün səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini almalıdır.
Gununsesi.info