Rusiyada qəlyanxanada partlayış baş verib, xəsarət alanlar var

  • By ilhame
  • 07 Yanvar 2024 12:46

Rusiyanın Moskva vilayətində yerləşən Domodedovo şəhərində qəlyanxanada partlayış baş verib, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Moskva vilayətinin Domodedovo şəhərində, Qaqarin küçəsində yerləşən qəlyanxanada partlayış baş verib. Ehtimal olunur ki, buna həmin məkanda qumbaranın partlaması səbəb olub”, – məlumatda qeyd olunub.

Gununsesi.info