Rusiyada qəzaya uğrayan təyyarənin pilotu erməni olub - FOTO

  • By admin
  • 12 Fevral 2018 11:02
Fevralın 11-də Moskva ətrafında qəzaya uğrayan Moskva-Orsk avireysini həyata keçirən An-148 təyyarəsinin ikinci pilotu milliyətcə erməni Sergey Qəmbəryan olub.
Gununsesi.info “komsomolskaya pravda”ya istinadən  xəbər verir ki, Sergey Qəmbəryan Rusiya vətəndaşı olub.
 
Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur. 
Gununsesi.info